SPA Mərkəzi Azərbaycanda
SPA mərkəzləri ilə bu gün kimsəni təəccübləndirmək çətindir, amma onlar yenə də populyarlığını itirmir. Bundan əlavə, bu gün SPA prosedurları hər bir özünə hörmət edən otelin xidmətləri sırasına daxildir. Onlar yalnız təklif olunan prosedurlar və bəzi eksklüziv xüsusiyyətləri ilə fərqlənirlər. Qonaqlarımıza şərq üslubunda unikal SPA mərkəzi təqdim edir ki, burada qədim Şərqin əsl sehri ilk andan sizi valeh edir. Mərkəzin yerləşməsi fen-şuy fəlsəfəsinə uyğun olaraq planlaşdırılıb və Avropa keyfiyyətli ilə şərq təbabətinin müalicəvi üsullarını özündə birləşdirir.
SPA nədir?
Bir versiyaya görə, bu, latın ifadəsi olan Sanus per Aquam ("Suyun köməkliyi ilə sağlamlıq") abbreviaturasıdır. Başqa bir versiyaya əsasən, SPA- Belçikanın Ardenn şəhərindəki hidroterapevtik kurortların birinin adıdır. Hər iki versiyanın mövcud olmaq hüququ var, belə ki, əvvəllər SPA-otellər termal qaynaqların yaxınlığında yerləşirdi.
müasir SPA mərkəzləri üçün suyun istifadəsi ilə bağlı hər növ sağlamlıq prosedurlarının olması vacibdir. Məsələn: hovuzlar, hamamlar, saunalar, hidroterapiya seansları, masaj, həmçinin, fitness zalı; bürümə, maska, pilinq və skrab prosedurları olan gözəllik salonu.
Spa mərkəzlərinin digər əhəmiyyətli bir xüsusiyyəti də bütün prosedurların estetikliyidir, çünki SPA-nın ayrılmaz tərkib hissəsi relaks və istirahətdir. Müştərilərin tam relaksasiyası üçün çeşidli efir yağları, şamlar, müxtəlif bitki ləçəkləri və yuxudan-yəni, stresdən qurtulmağa kömək edən hər şeydən istifadə edilir. Bundan əlavə, SPA prosedurlarında yalnız təbii tərkibli kosmetik preparatlardan istifadə edilir.
SPA prosedurlarının məqsədi
– sağlamlığın qorunması, relaks və kosmetik prosedurlardan alınan effekt. Və buna nail olmaq tam realdır: SPA-dan müntəzəm istifadə qan dövranını yaxşılaşdırmağa kömək edir, dəri və əzələlərin elastikliyini artırır, toksin və şlakları orqanizmdən çıxarır; nəticədə əhval-ruhiyyə və həyat keyfiyyəti yüksəlir. SPA prosedurları stresi azaltmağa, onun təsirlərini minimuma endirməyə imkan verir, xroniki yorğunluq, depressiya və gərginlikdən azad edir. Bundan əlavə, SPA prosedurları oynaq xəstəliklərinin müalicəsi və immunitetin gücləndirilməsi üçün effektlidir.
Ən geniş yayılmış SPA prosedurları: masajlar, bürümələr, pilinq və maskalar, rus hamamı və sauna, türk hamamıdır.
SPA – xüsusi bir aləmdir ki, burada hər bir şey ən kiçik nüanslarına kimi düşünülmüşdür- mərkəzin planlanmasından başlamış hər bir ziyarətçini əhatə edən nəfis qoxuya qədər. Qayğıkeş və peşəkar heyət, bacarıqlı ustalar, ilk saniyədəncə məmnunluq yaradan abı-hava, möhtəşəm interyer - bütün bunlar dərhal insanı harmoniya və rahatlığa kökləyir.
Burada hər qonaq üçün fərdi prosedur proqramı tərtib olunur. Sizə məhz sizin üçün lazım olan masaj növü seçimində kömək edəcəklər: hind, tay və ya bali masajı. Tam bədən masajı bütün orqanizmə şəfaverici təsir göstərəcək və bütün günlük enerji bəxş edəcək. Kürək masajı sıxılmış əzələləri boşaldacaq, yorğunluq və ağrıları aradan qaldıracaq, ayaqların masajı - şişkinliyi götürəcək, əllərin masajı isə onların qocalmasını önləyəcək. Xoşagələn və effektiv üz masajı limfa axınını sürətləndirərək, şişkinliyi azaldacaq, dərinizə parlaq görünüş verib sizi bir neçə il cavanlaşdıracaq.
Peşəkar müayinə, klassik masaj, hidroterapiya və problemli nahiyələrin Ericson Laboratoire fransız kosmetikası ilə müalicəsi son dərəcə gözəl nəticə verir.
Burada, həmçinin, sağlamlıq üçün çox faydalı türk hamamı var ki, dərini dərindən təmizləyir və nəmləndirir, yorğunluq və gərginliyi aradan qaldırır. Hamam - yuxusuzluq və pis ovqatı aradan qaldırmaq üçün ideal vasitədir, eyni zamanda, qan dövranını yaxşılaşdırır, çəki atmağa kömək edir və güc tələb edən təlimlərdən sonra relaks edir.
İstəsəniz, saunaya gedə və ya buxar otağında qızına bilərsiniz - onlar sizi bir sıra digər kosmetik prosedurlara hazırlayacaq. Məsələn, dərinizi dərindən təmizləyən, ona təravət və parlaqlıq verən peşəkar pilinqi sınaya bilərsiniz. Dərini nəmləndirmək, vitamin və mikroelementlərlə zənginləşdirmək üçün isə sizə yüksək keyfiyyətli qidalandırıcı maskalar ediləcək.
SPA kompleksinin bir hissəsi açıq havada, füsünkar təbiətin qoynunda yerləşir. Dağlara, meşəyə baxan açıq hovuzda üzməkdən yaxşı nə ola bilər?
İstirahət zonasında xüsusi fitoçaydan zövq alıb, musiqi sədaları altında mürgüləyirsiniz ki, qüvvənizi tam bərpa edib, otelin gözəllik salonuna yollanıb gözəlliyinizə son ştrixləri vurasınız.