+994 70 536 75 75
Həsən bəy Zərdabi 3166

Hamamın xeyiri, Azərbaycan hamamı, kişi hamamı, hamam xidməti

Hamamın xeyiri


Hamamın insan sağlamlığına xeyri çoxdur. Uzun müddət qalmamaq şərti ilə, isti su və sabunla ediləcək təmizlik üçün ən uyğun yer olan hamamda, tərləyən bədənin, lif və ya kisəylə ovularak yuyulması, qan dövranını sürətləndirdiyi üçün rahatlıq hissi verir.Bundan başqa hamamın insan orqanizminə olan xeyri aşağıdakılardan ibarətdir :

  • Stressi yüngülləşdirir, bədəni boşaldır və sakitləşdirir.
  • Sümük gərginliklərini və ağrılarını aradan qaldırır
  • İmmun sistemini dəstəkləyir.
  • Linfa sistemi təmizliyini artırır.
  • Qan dövranını artırır.
  • Bədənin metabolik fəaliyyətini artırır.
  • Dərinin gənc və təzə qalmasını təmin edir.
  • Son zamanlarda xərçəng və infeksiya xəstəliklərinə qarşı istifadə edilən müalicələrdən biri buxar istisi və buxar hamamlarıdır.
  • Buxar duşları bədəni yağ toksinlərdən təmizləmək üçün çox təsirlidi.

  • Azərbaycan hamamı

  • Azərbaycan tarixinidə də hamamın özünə məxsus yeri var. Xalqımız hamamı həmişə mədəniyyət məkanı, sanitar və gigiyenik baxımdan təmizliyə qovuşmaq yeri hesab edib. Ölkəmizdə hamamdan həm də digər məqsədlər üçün, məsələn, məscidə getməzdən əvvəl qüsl və dəstəmaz alınması məqsədilə istifadə olunub.

    Keçmişdə hamama getmək böyük bir mərasim idi. Orta əsrlərdən etibarən Azərbaycanda kişi ictimai hamamları ilə yanaşı, qadın hamamları da yaradılıb. O zamandan sonra evlənməzdən öncə izdivaca girənlərin hamama getməsi adət-ənənəyə çevirilib. Bəzi zamanlarda oğul evləndirmək istəyən analar qız bəyənmək üçün hamama gedirmişlər.

    Azərbaycanın qədim hamamlarından bəziləri indi tarixi abidə kimi qorunub saxlanılır. 1603-cü ildə Gəncədə tikilən Çökək hamam buna misal ola bilər. Bu hamam orta əsr qanunlarına uyğun olaraq müsəlmanların pak olmaq, eyni zamanda müalicəvi əhəmiyyəti olan proseduralar gəbul edilən bir yer idi. Hamamın quruluşu maraqlıdır. Onun «Çökək hamam» adlandırılması texniki quruluşdan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün bu hamamı çökəkdə inşa ediblər, tikilinin  altında olan zırzəmi isə qızdırıcı soba rolunu oynayır. Belə ki, su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəldilir, buxar vasitəsi ilə, hamamın altının və divarlarının qızdırılmasını təmin edilirdi. Digər tərəfdən isti suyun özünü də kirəmit borularla divarın içərisindən dolanma yolllarla istifadə nöqtəsinə çatdırırmışlar.

    1886-cı ilə Bakıda inşa olunan və bu gün də istifadə edilən «Təzəbəy hamamı» tarixi memarlıq kompleklərindən biridir. Bura köhnə Bakının əsas kişi hamamlarından biri olub.

    Sütunları və günbəzi olan qədim hamamlarda adətən bir neçə hücrələr inşa edilib. Həmin otaqlar ayrı-ayrılıqda paltarların soyunması, onların saxlanılması, çimməyə xidmət edib. Vaxtilə Azərbaycan hamamlarında mövcud olan xidmətlərin arasında çimməkdən əlavə ətirli yağlardan istifadə etməklə massaj da vardı. Bunun üçün hamamlarda bir neçə masajçı çalışırdı. Masaj fiziki və psixoloji yorğunluğu aradan qaldırır və qan dövranını yaxşılaşdırır. Hamamlarda insanların saçını kəsən, onlara xına, vəsmə və başqa təbii boyalar qoyan bərbərlər çalışırdı. Çiməndən və massaj aldıqdan sonra insanlar xüsusi otaqda dincələ bilərdilər. Burada onlara ətirli bitkilərlə dəmlənmiş çay təklif olunurdu. Qədim hamamların içində bir neçə otaq və hovuz yerləşir.

    Sanitar və gigiyenik funksiyalarıyla yanaşı Azərbaycan hamamları məhəllə sakinlərinin toplaşıb yeni xəbərləri müzakirə etdikləri, boş vaxtlarını keçirdikləri, qadanların dedi-qodu və qeybətlə məşğul olduğu yer idi.

home-logo
home-logo

Hovuz

Fitness

Jakuzi

Sauna

Duz otağı

Buxar otağı

Turk hamamı

Kisə/Köpük

Masaj

Restoran

VİP otaqlar

Parking

Hovuz

Fitness

Jakuzi

Sauna

Duz otağı

Buxar otağı

Turk hamamı

Kisə/Köpük

Masaj

Restoran

VİP otaqlar

Parking