Türklərin həyatında hamamlar təkcə çimmək yeri deyil, həm də sağlamlıq, ictimai və mədəni fəaliyyət mərkəzləri olmuşdur.
İnsanın həyati ehtiyaclarından biri olan sudan sağlamlıq məqsədləri üçün istifadə hamam və spa kimi su məkanlarının inşasına səbəb olmuşdur. Bu bina növlərindən biri olan hamamlar xüsusilə insanların yuyulma və təmizlik ehtiyaclarını qarşılayır. Bundan əlavə hamamlar hər zaman memarlıq cəhətdən cəmiyyətlərin dini inanclarına uyğun formalaşmış və ictimai həyatın bir parçası olmuşdur.
Hamam sözü; Ərəbcə Hammam=Hamam və İbranicə Hamam=İsti olmaq sözlərindən əmələ gəlib. Hamamı qısaca olaraq “yuyulmaq, təmizlənmək və şəfa vermək yeri” kimi tərif etmək olar. Yuyulmanın xəstəliklərin qarşısının alınması və müalicəsində istifadəsi qədim dövrlərə gedib çıxır.